Reanimasiyada olan xəstə sayı 266-ya düşdü

   Reanimasiyada olan xəstə sayı 266-ya düşdü
  01 Avqust 2020    Oxunub:3908
Azərbaycanda koronavirusla bağlı 31 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 7789 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 724 min 953-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 266, süni tənəffüs cihazında olan xəstə sayı 68 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 31 min 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 25 min 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib. Aktiv xəstə sayı 5548 nəfərdir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus   Pandemiya  





Xəbər lenti