Braziliya Prezidenti: “Hər kəs koronavirusa yoluxacaq”

 Braziliya Prezidenti:  “Hər kəs koronavirusa yoluxacaq”
  01 Avqust 2020    Oxunub:4468
Bu yaxınlarda koronavirusa yoluxmuş Braziliya Prezidenti Jair Bolsonaru insanlardan qorxmamalarını və demək olar ki, hamının bir gün virusa yoluxacağını söyləyib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Prezident nə vaxtsa yoluxacağını bildiyini deyib.

“Mən risk altındayam, buna görə də heç vaxt səhlənkar olmamışam. Bir gün yoluxacağımı bilirdim. Təəssüf ki, demək olar, hamının bu virusa yoluxacağını düşünürəm".

Qeyd edək ki, iyulun 7-də Braziliya Prezidentinin koronavirusa yoluxduğu aşkar edilib. Onun ilk üç testi müsbət, iyulun 25-də verdiyi növbəti test isə mənfi çıxıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Braziliya  





Xəbər lenti