Azərbaycan-Türkiyə birgə təlimlərindən yeni görüntülər - FOTOLAR

  02 Avqust 2020    Oxunub : 17610
  Azərbaycan-Türkiyə birgə təlimlərindən yeni görüntülər -    FOTOLAR
Türkiyənin Milli Müdafiə Naziriliyi Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri ilə bağlı yeni görüntülər yayıb.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayıb.

Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, KürdəmirYevlax şəhərlərində keçiriləcək.

Təlimlərdən fotoları təqdim edirik:























Azvision.az

Teqlər: Türkiyə   Təlim   Hərbi