Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO+FOTOLAR

  02 Avqust 2020    Oxunub : 3145
 Azərbaycan-Türkiyə birgə təlimləri davam edir -    VİDEO+FOTOLAR
Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a bildirilib ki, plana əsasən tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.



Təlimin ssenarisinə uyğun olaraq təyin edilmiş məntəqələrə çıxarılan motoatıcı və zirehli texnika bölmələri tapşırıqları icra ediblər.

Təlimlər davam edir.







Azvision.az

Teqlər: Təlim   Türkiyə   Ordu   Hərbi