Milli Məclisin növbədənkənar iclası çağırıldı

Milli Məclisin növbədənkənar iclası çağırıldı
  03 Avqust 2020    Oxunub:3466
Avqustun 5-də Milli Məclisin növbədənkənar plenar iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti