Heydər Əliyev Fondu 100 mindən çox ailəyə qurban payı çatdırdı - FOTOLAR

 Heydər Əliyev Fondu 100 mindən çox ailəyə qurban payı çatdırdı -    FOTOLAR
  03 Avqust 2020    Oxunub:7147
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatlarının verilməsi başa çatıb.
Azvision.az xəbər ki, aksiya respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri aztəminatlı ailələrin evlərinə baş çəkərək onları bayram münasibətilə təbrik ediblər. Ailələrə ətlik cins heyvanların xüsusi ət kəsimi yerlərində kəsilərək ayrı-ayrılıqda qablaşdırılmış paylar və ərzaq sovqatları çatdırılıb.



Qeyd edək ki, Mehriban Əliyevanın tapşırığı ilə bundan əvvəlki dövrlərdə də müxtəlif bayramlar, əlamətdar günlər münasibətilə həssas əhali qrupları, aztəminatlı ailələrlə bağlı minlərlə ailəni əhatə edən dəstək layihələri həyata keçirilib.

Bu cür aksiyalarda məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək göstərmək, müxtəlif bayram və əlamətdar günləri onlarla birlikdə qeyd etməkdir.















Azvision.az


Teqlər: Heydər-Əliyev-Fondu   Qurban-bayramı  





Xəbər lenti