50 yaşdan sonra ana olan qadınların sayı açıqlandı

 50 yaşdan sonra ana olan qadınların sayı açıqlandı
  03 Avqust 2020    Oxunub:4310
2019-cu ildə Azərbaycanda 50 yaşdan yuxarı qadınlar tərəfindən 37 uşaq dünyaya gətirilib. 2018-ci ildə bu rəqəm 22 nəfər olub.
Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ötən il 20 yaşa qədər qadınlar tərəfindən 14 min 155 uşaq dünyaya gətirilib.

Həmçinin 2019-cu ildə doğulan uşaqların 50 min 895 nəfəri 20-24 yaş arası, 45 min 122 nəfəri 25-29 yaş arası, 21 min 858 nəfəri 30-34 yaş arası, 7518 nəfəri 35-39 yaş arası, 1421 nəfəri 40-44 yaş arası, 173 nəfəri 45-49 yaş arası qadınlar tərəfindən dünyaya gətirilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Doğum   Qadın   Uşaq  





Xəbər lenti