15-17 yaşlı analar - Beş uşağı olan da var

15-17 yaşlı analar -  Beş uşağı olan da var
  03 Avqust 2020    Oxunub:3958
Ötən il Azərbaycanda 15-17 yaşlı qadınlar tərəfindən 2320 uşaq dünyaya gətirilib. Bunların 154 nəfəri ailədə ikinci uşaqlardır.
Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, uşaqlardan 2166 nəfəri ailədə birinci doğulan körpələrdir.

Ümumilikdə ötən il Azərbaycanda dünyaya gələn körpələrdən 64 min 553 nəfəri ailədə birinci uşaq, 49 min 674 nəfəri ikinci uşaq, 21810 nəfəri üçüncü uşaq, 4049 nəfəri dördüncü uşaq, 1093 nəfəri beşinci uşaqdır.

2019-cu ildə ölkədə 18-19 yaşlı qadınlar tərəfindən 11 min 835 uşaq dünyaya gətirilib. Bunlardan 9840 nəfəri birinci uşaq, 1898 nəfəri ikinci uşaq, 90 nəfəri üçüncü uşaq, 6 nəfəri dördüncü uşaq, 1 nəfəri isə beşinci uşaqdır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Doğum  





Xəbər lenti