SMS icazə sistemi ləğv edilir

 SMS icazə sistemi ləğv edilir
  03 Avqust 2020    Oxunub:5550
2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edək ki, 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

Azvision.az


Teqlər: SMS   İcazə  





Xəbər lenti