“Ölkə üzrə vəziyyət nəzarətdə saxlanılır” - Hikmət Hacıyev

 “Ölkə üzrə vəziyyət nəzarətdə saxlanılır” -    Hikmət Hacıyev
  03 Avqust 2020    Oxunub:4665
Ölkə üzrə sanitar-epidemioloji vəziyyət nəzarətdə saxlanılır. Yoluxan və sağalanlar arasında müsbət fərq dinamikası var ki, bu da bizi sevindirir.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.

Onun sözlərinə görə, bu dinamika nəzərə alınaraq sərtləşdirilmiş karantin rejimi qismən yumşaldılır.

“Dinamikanın müsbət məcraya yönəldilməsi üçün səylərimiz davam etməlidir. Vətəndaşların qaydalara riayət etməsi vacibdir. Vətəndaşlarımıza təşəkkür edirik”.

Azvision.az



Teqlər: HikmətHacıyev  





Xəbər lenti