Prezidentin köməkçisindən vaksin açıqlaması

 Prezidentin köməkçisindən vaksin açıqlaması
  03 Avqust 2020    Oxunub:4624
Vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.

Onun sözlərinə görə, vaksinlə əlaqədar çoxlu sayda araşdırmalar aparan şirkətlər var. Lakin yekdil nəticələrə gəlinməsi, tam özünü dorğultmuş, fəsadlara yol verməyən, bazarda hamı üçün məqbul olan vaksinlərin istifadəyə verilməsi kimi məsələlər diqqət mərkəzində saxlanılır.

Azvision.az


Teqlər: Vaksin  





Xəbər lenti