Avqustun 5-dən “cimerlik.az” fəaliyyətə başlayacaq

 Avqustun 5-dən “cimerlik.az” fəaliyyətə başlayacaq
  03 Avqust 2020    Oxunub:7736
“Çimərliklərin açılmasına mövcud vəziyyət imkan verir. Bununla bağlı ölkə rəhbərliyinin tapşırığı var. Monitorinq qrupu tərəfindən pandemiya tələblərlərinə riayət edilməsinə uyğun çimərliklər müəyyən edilib”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında deyib.

Agentlik sədri bildirib ki, avqustun 5-dən fəaliyyətə başlayacaq “cimerlik.az” saytı bu sahədə informativ sayt olacaq:

“Çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə sorğu vərəqələri əsasında Bakı və Sumqayıt ərazisində yerləşən 229 çimərliyə baxış keçirilib”.

Azvision.az


Teqlər: Ülvi-Mehdiyev  





Xəbər lenti