TƏBİB rəsmisi: “Ümid edirik ki, xəstə sayı artmaz”

      TƏBİB rəsmisi:    “Ümid edirik ki, xəstə sayı artmaz”
  03 Avqust 2020    Oxunub:4341
Hazırda xəstəxanalarda aktiv xəstələrin azalmasını hazırlıq dönəmi kimi qəbul edir və daha intensiv olaraq hazırlaşırıq.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.

“Ümid edirik ki, xəstə sayı artmaz. Lakin biz hazırlıqlı olmaq istəyirik. Modul tipli xəstəxanaların sayı artıb və çarpayı fondu, o cümlədən, reanimasiya şöbələrinin sayı artıb. Laboratoriyaların və test imkanların çoxalması nəzərdə tutulur. Xaricdən həkimlərin gətirilməsi o deməkdir ki, tədbirlərimiz davam edir və mübarizəyə hazırıq”.

Azvision.az


Teqlər: TƏBİB   həkim  





Xəbər lenti