“Kütləvi toplaşma olmasaydı, rəqəmlər daha aşağı olardı” - Hikmət Hacıyev

  “Kütləvi toplaşma olmasaydı, rəqəmlər daha aşağı olardı” -    Hikmət Hacıyev
  03 Avqust 2020    Oxunub:4918
Orduya dəstək yürüşündə vətəndaşların həmrəyliyi qürurverici idi. Bütün ictimaiyyət gördü ki, Qarabağ məsələsində Azərbaycan cəmiyyətində vahid mövqe var. Lakin yürüşə kütləvi toplaşma olmasaydı, bugünkü rəqəmlər daha aşağı olardı.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.

Onun sözlərinə görə, epidemioloqlar tərəfindən aidiyyatı üzrə araşdırma aparılır.

“Burada koronavirus daşıyıcısı olan insanların toplanması var idi. Ona görə vətəndaşlar kütləvi tədbirlərə, karantin qaydalarına zidd olaraq yas mərasimlərinə getməsinlər. Çünki təcrübə göstərir ki, kütləvi yoluxma belə tədbirlərdə olur”.

Aytən Zəhra
Azvision.az



Teqlər: OperativQərargah  





Xəbər lenti