Hovuz və su attraksionlarının fəaliyyəti qadağandır

  03 Avqust 2020    Oxunub : 4883
Hovuz və su attraksionlarının fəaliyyəti qadağandır
Çimərlik daxilində hovuz və su atraksionlarının fəaliyyəti qadağandır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Agentlik sədri bildirib ki, bundan əlavə, çimərlik ərazisində ictimai iaşə obyektlərində yerində xidmət qadağan edilib: “Nazirlər Kabinetinin qərarına əsasən, yerində xidmət yox, yalnız çatdırılma mümkündür. Bu hal çimərliklərə də şamil olunur. Çimərlik ərazilərində musiqi proqramlarının təşkili də qadağandır”.

Azvision.az

Teqlər: Çimərlik   İcazə