“Virusun mutasiya etdiyini demək tezdir” - AÇIQLAMA

 “Virusun mutasiya etdiyini demək tezdir” -   AÇIQLAMA
  03 Avqust 2020    Oxunub:4369
Virusun mutasiya olması barədə fikir söyləmək ciddi məsələdir. Biz əgər virusun araşdırılmasını aparmırıqsa və əlimizdə sübutlar yoxdursa, bu gün virusun mutasiya edib və ya xəstəliyin yüngülləşdiyini demək tezdir.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.

Onun sözlərinə görə, əgər bu gün xəstə sayı azalıbsa, sərtləşdirilmiş karantin rejimində yaşadığımızı nəzərə almalıyıq.

“Biz mərhələli sürətdə sərtləşdirilmiş karantin rejimindən çıxmalıyıq. Eyni anda bütün müəssisələrin açılmasına gedə bilmərik. Bu gün ağır xəstələrin sayı azalıbsa, həkimlərin apardığı müalicənin nəticəsidir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti