Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb -    VİDEO
  03 Avqust 2020    Oxunub:3972
2020-ci tədris ilinin ikinci tədris dövrünün başlanması ilə əlaqədar bütün hərbi hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib, bölmələrin maddi-tədris bazası və tam təchizatı yoxlanılıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirlərdə tədris dövrü üçün əsas məqsəd və vəzifələr diqqətə çatdırılaraq qoşunların bir mərkəzdən idarə olunmasının təkmilləşdirilməsi və uzlaşmış fəaliyyətə nail olunması məqsədi ilə məşğələ və təlimlərin davamlı keçiriləcəyi bildirilib.



Bölmə komandirləri öhdəçilik götürərək digər bölmə komandirlərini də yeni tədris dövründə döyüş hazırlığı üzrə ən yaxşı olmaq üçün yarışlara dəvət ediblər.

Birləşmə və hissələrdə təntənəli keçidlərdən sonra Naxçıvan Qarnizonu Qoşunlarının qarşılıqlı əlaqələndirilməsi məqsədi ilə yeni tədris dövrünün ilk məşğələlərinin keçirilməsinə başlanılıb.
Bölmələrdə döyüş hesabatı və tapşırıqlar dəqiqləşdirilir, qoşunlar döyüş hazırlığı üzrə sutkanın gecə və gündüz vaxtlarında bölmələr tərkibində həyəcan siqnalı ilə məşq etdirilir.

Azvision.az


Teqlər: Naxçıvan   Qarnizon   Qoşun   Tədris  





Xəbər lenti