Milli Məclisin növbədənkənar sessiyası başlayır

Milli Məclisin növbədənkənar sessiyası başlayır
  04 Avqust 2020    Oxunub:2716
Bu gündən Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başlayır.
Azvision.az xəbər verir ki, bu gün saat Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçiriləcək.

İclasda 2020-ci ilin dövlət büdcəsinin zərfinə daxil olan məsələlər müzakirə ediləcək. Müzakirələrdən sonra dəyişiklik layihəsi plenar iclasa tövsiyə olunacaq.

Qeyd edək ki, avqustun 5-i, 6-ı və 7-də Milli Məclisin növbədənkənar plenar iclasları keçiriləcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Büdcə  





Xəbər lenti