“Sosial ödənişlərdə heç bir azalma olmayacaq” - Komitə sədri

   “Sosial ödənişlərdə heç bir azalma olmayacaq” -    Komitə sədri
  04 Avqust 2020    Oxunub:2879
Azərbaycanda heç bir sosial layihənin icrası təxirə salınmayıb.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, məşğulluq tədbirləri uğurla həyata keçirilir:

"Ehtiyacı olan şəxslərin mənzillərlə və avtomobillərlə təmin olunması da tam həyata keçiriləcək. Bu sahədə olan proqramlar tam həcmdə həyata keçiriləcək. Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq”.

Azvision.az


Teqlər: Milli-Məclis   Sosial   Komitə  





Xəbər lenti