Naxçıvanda 62 milyon manata yaxın inşaat işləri yerinə yetirilib

Naxçıvanda 62 milyon manata yaxın inşaat işləri yerinə yetirilib
  04 Avqust 2020    Oxunub:2939
2020-ci ilin birinci yarısında muxtar respublikada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 61 milyon 966 min 400 manat həcmində inşaat işləri yerinə yetirilib ki, bunun da 57 milyon 559 min manatını və ya 92,9 faizini tikinti-quraşdırma işləri təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, çoxsaylı təhsil ocaqlarının, həkim ambulatoriyasının, kənd və xidmət mərkəzlərinin tikilməsi, mərkəzi hərbi xəstəxananın, Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binasının, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi və Ordubad rayonunda Uşaq Xəstəxanasının yenidən qurulması davam etdirilir. Hazırda Naxçıvan şəhərində məscid, Şərur rayonunda Mədəniyyət Sarayı, Şərur və Sədərək rayonlarında Bayraq meydanları tikilir, Ordubad şəhərində isə Cümə məscidi bərpa olunur.

Muxtar respublikada dövlət orqanları tərəfindən əhaliyə nümunəvi xidmət göstərilməsi üçün inzibati binaların tikintisi və təmiri də daim diqqət mərkəzində olub. Belə ki, hazırda Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin, 400 yerlik avtomobil dayanacağının, dördmərtəbəli inzibati binanın, Şərur rayonunun Şəhriyar, Qaraburc, Babək rayonunun Nəcəfəlidizə, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic, Culfa rayonunun Camaldın kəndlərində inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, Şərur rayonunda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” hərbi hissəsinin, Şərur Sənaye Məhəlləsinin, Babək rayonunda Süni Mayalanma Mərkəzinin, Kəngərli rayonunda Rabitə Evinin, Sədərək rayon Radio-Televiziya Ötürücü Stansiyasının tikintisi, eləcə də Naxçıvan şəhərində Tələbə yataqxanasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin, Culfa Rayon Təhsil Şöbəsinin, Sədərək rayonunda Gömrük Keçid Məntəqəsinin, Şahbuz rayonunun Ağbulaq kəndində Xizək Mərkəzinin tikintisi davam etdirilib.

Əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə olan tələbatının tam təmin edilməsi istiqamətində tədbirlərin davamı olaraq Şərur Rayon Elektrik Yarımstansiyasının tikintisi başa çatdırılıb, Araz çayı üzərində gücü 36 meqavat olan Ordubad Su Elektrik Stansiyasının və gücü 15.6 meqavat olan Tivi Su Elektrik Stansiyasının tikintisi icra olunur. Əhalinin etibarlı su təminatının həyata keçirilməsi və kommunal xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə işlər görülür.

Azvision.az


Teqlər: Naxçıvan   İnşaat  





Xəbər lenti