Azərbaycanda 226 yeni yoluxma - Daha 588 nəfər sağaldı

 Azərbaycanda 226 yeni yoluxma -   Daha 588 nəfər sağaldı
  04 Avqust 2020    Oxunub:9141
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti