Deputatlar Minskə gedir

Deputatlar Minskə gedir
  04 Avqust 2020    Oxunub:2742
Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün avqustun 7-də Minskə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, deputatlardan Azər Badamov və Naqif Həmzəyev MDB Parlamentlərarası Assambleyanın xətti ilə, Arzu Nağıyev və Kamran Bayramov isə MDB İcraiyyə komitəsinin müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər.

Millət vəkilləri seçkilər öncəsi vəziyyətlə tanış olacaq, səsvermənin gedişatını müşahidə edəcəklər. Yekunda prezident seçkilərinə dair rəy veriləcək.

Səfər avqustun 11-də başa çatacaq.

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti