Milli Şuranın koronavirus sevinci - VİDEO

  Milli Şuranın koronavirus sevinci -    VİDEO
  05 Avqust 2020    Oxunub:7080
Öz xalqına, dövlətinə düşmən kəsilən radikalların çirkin niyyətləri üzə çıxdı

Milli Şura adlı radikal qrupun “zoom konfransı”dan növbəti videogörüntü yayılıb. Sosial şəbəkələrdə paylaşılan videoda Milli Şura üzvləri dövlətimizin zəifləyib iflasa uğramasını, xalqın, sadə vətəndaşların ağır duruma düşməsinin vacib və arzuolunan olduğunu deyirlər...
Belə ki, başqa vaxt yalandan vətənpərvərlik donuna bürünən, xalqa bağlı olduğunu deyib haray-həşir salan Gültəkin Hacıbəyli çıxışında pandemiyanın, karantin şəraitinin davam etməsindən sevindiyini gizlətməyib. O deyib: “Karantin qaydalarının uzanmasından narahat olmağa dəyməz. Məncə, bu bizə sərf edir. Bu, birmənalı olaraq belədir ki, karantin indiki halda bizə sərf edir. Ona görə sərf edir ki, evdə oturan, işləməyən və maddi təminatı aşağı olan insanların etirazı artır. Buna isə sevinmək lazımdır”.



Gültəkin Hacıbəyli daha sonra söyləyib ki, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşirsə, buna yalnız sevinmək olar. “Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay-küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədir”,- deyən Hacıbəyli karantinə görə insanların gəlirinin azalması və dolanışığın çətinləşməsinin onlara sərf edən amil olduğunu dilə gətirib.

Həmçinin Rahim Hacıyevin “Heç kim bizi dəstəkləmir, kimin dostu-tanışı, samballı müxalifətçilər varsa, onları məcbur etmək lazımdır ki, bizi dəstəkləyən statuslar yazsınlar” fikri də diqqətdən yayınmayıb.

Bəs, sizin arxanızca guya minlərlə insan gəlirdi? Nə oldu?! Hanı o kütlə? Sən demə, Milli Şura status dilənçiliyinin ümidinə qalıbmış...

Əli Kərimlinin “sağ əli” sayılan Qənimət Zahid də etiraf edib ki, heç kim sosial şəbəkələrdə onların dediyi ilə oturub-durmaq istəmir: “Bilirsiniz, adamlar özləri öz xoşları ilə yazmaq istəmirlər, gərək boyunlarına yükləyəsən. Məsələn, Bəxtiyar Hacıyevin boynuna yüklədim yazdı, Nəsimi Məmmədlini yüklədim yazdı”.

Gülməli və müxalifət adına faciəli duruma düşən Milli Şuraçılar görün nə günlərə qalıblar ki, özlərinə dəstək statusu yazmaq üçün adamları “yükləyirlər”, insanları süni şəkildə adi narazılıq statusları yazmağa məcbur edirlər.

Hələ bu harasıdır?! Öz mənfur məqsədlərinə çatmaq üçün xalqın ağır duruma düşməsinə çalışan marginallar növbəti dəfə çirkin simalarını açıb göstərdilər. Neftin ucuzlaşmasını təmtəraqla qeydə edən, koronavirusa görə şadyanalıq edən üzdəniraq siyasətçilərin indiki halda özlərinə məcburi dəstəkçi axtarmaları başadüşüləndir... “Çörəkləri” buradan çıxır axı!

Onu da qeyd edək ki, radikalların yeni videogörüntüsü artıq sosial şəbəkələrdə ciddi müzakirələrə və narazılığa səbəb olub. İnsanlar məlum “zoom konfrans”da səsləndirilən xain fikirlərə etiraz edir və özünü müxalifət adlandıran işbazların xalqa bu cür yanaşmasını kəskin qınayırlar.

Milli Şura üzvlərinin nəinki Azərbaycan, ümumilikdə bütün bəşəriyyət üçün böyük bəlaya çevrilən koronavirus infeksiyasının yayılmasını, karantin rejimində insanların sosial izolyasiya ilə alışmadıqları mühitdə yaşamalarını az qala bayram etmələri insanlıq adına utancvericidir.

Gültəkin Hacıbəyli kimi gündə bir mövqe dəyişən “siyasətçi”lərin, həmin radikal qrupda təmsil olunan digər müxalifətçilərin insanların ölümünə, iqtisadiyyatın geriləməsinə, vətəndaşlarımızın maddi təminatının aşağı düşməsinə sevinmələri xalqa düşmənçilikdən başqa bir şey deyil.

Yaxşı xatırlayırıq ki, iqtisadiyyatın geriləməsini, Azərbaycanın gücdən düşməsini cani-könüldən diləyən anti-milli ünsürlər zamanında devalvasiyanın olmasına sevinib, bayram edirdilər.

İndiki anormal istək və arzular da oxşar mənzərədir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Radikal ünsürlərin əsas amalı bundan ibarətdir. Azərbaycanın inkişafı, xalqın rifah halının yaxşılaşması onların ürəyincə deyil. Əksinə istəyirlər ki, Azərbaycan düşmənin qarşısında aciz duruma düşəcək qədər zəifləsin, insanlar aclıq, səfalət içində yaşasınlar.

Vətəndaşlarımızın maddi təminatının pisləşməsini arzulayan radikallar ən ciddi qınağa layiqdirlər. Koronavirusun yayılmasına gülüb, toy-bayram edən “hay toplantısı”nın videosuna sosial şəbəkələrdəki reaksiyalardan da görünən odur ki, insanlar anti-milli qüvvələri lənətləyir, onların xalqın düşməni olduğunu vurğulayırlar.

Artıq sadə vətəndaşlar başa düşürlər ki, öz dövlətinə, xalqına düşmən kəsilən, ermənilərin mövqeyindən çıxış edən Milli Şura və AXCP tör-töküntülərinin siyasi meydanda yeri yoxdur və xalq onları dəstəkləmir.

İnsanlar onu da unutmayıblar ki, bir müddət əvvəl neftin qiyməti 14 dollara düşəndə xalqımızın gəlirlərinin azalacağına sevinən yalnız ermənilər və Milli Şura üzvləri idi. İndi də heç nə dəyişməyib. Həm ermənilərin, həm də radikalların Azərbaycan xalqına qarşı düşmənçiliyi davam edir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Milli-Şura   Koronavirus  





Xəbər lenti