Kəndlərdə 13 mindən çox uşaq nikahdankənar doğulub
Rəsmi qeydə alınmamış nikahdan dünyaya gələn 5559 uşaq tək ananın ərizəsinə əsasən Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydə alınıb.
Ötən il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən uşaqların 7790 nəfəri şəhər yerində, 13 min 663 nəfəri kənd yerlərində dünyaya gətirilib.
Ümumilikdə 2019-cu ildə 141 min 179 uşaq anadan olub. Bunlardan 119 min 726 nəfəri rəsmi qeydə alınmış nikahda olan qadınlar tərəfindən doğulub.
Aytən Zəhra
Azvision.az