Büdcə layihəsi birinci oxunuşda qəbul edildi - YENİLƏNİB

  05 Avqust 2020    Oxunub : 4115
Büdcə layihəsi birinci oxunuşda qəbul edildi -  YENİLƏNİB
Milli Məclisin növbədənkənar plenar iclası keçirilir.
Azvision.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 6 məsələ daxil edilib.

İclasda “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

İclasda Maliyyə naziri Samir Şərifov da iştirak edib.

Müzakirələrdən sonra “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   İclas   Plenar