Livanda 100 erməni yaralanıb, 6-sı ölüb

  05 Avqust 2020    Oxunub : 3877
 Livanda 100 erməni yaralanıb, 6-sı ölüb
Livanın paytaxtı Beyrutda baş vermiş partlayışda 6 erməni ölüb, 100-ü isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Facebook” səhifəsində bildirib.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş vermiş dəhşətli partlayış nəticəsində ölənlərin sayı 100 nəfəri keçib, dörd mindən çox insan yaralanıb. Ölü sayının artacağı istisna edilmir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Ermənistan   Livan   partlayış