“Onlar insanların taleyini düşünmürlər” - Siyavuş Novruzov

  05 Avqust 2020    Oxunub : 2482
   “Onlar insanların taleyini düşünmürlər” -    Siyavuş Novruzov
"Biz hələ bilmirik ki, bu xəstəlik nə qədər çəkəcək. Müəyyən məsələlərə toxunanda reallıqdan çıxış etməliyik".
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, biz bu gün dövlətin yanında olmalıyıq. Onun sözlərinə görə, karantin rejimi böyük dövlətləri çökdürüb.

"Milli Şura bildirib ki, karantin rejiminin uzanması bizə sərf edir. Onlar insanların taleyini düşünmürlər. Düşünürlər ki, insanlar narazı olsa, bunların tərəfinə keçəcək”,- deyə S.Novruzov vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: SiyavuşNovruzov