Maskotlar vətəndaşları məlumatlandıracaq

  05 Avqust 2020    Oxunub : 2164
Maskotlar vətəndaşları məlumatlandıracaq
Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) fəaliyyətə başladığı ilk günlərdən etibarən, respublikanın şəhər və rayonlarında könüllüləri səfər edib, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsini həyata keçirib.
Azərbaycan Gənclər Fondundan Azvision.az -a bildirilib ki, ötən aylarda könüllülər tərəfindən icra olunan “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində vətəndaşların maarifləndirilməsi məqsədilə bir çox kreativ layihələr keçirilib.

Hazırda da xüsusi karantin rejiminin qaydaları çərçivəsində könüllülər ictimai məkanlarda vətəndaşların maarifləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir, sosial məsafə, maskadan istifadə və qaydalara düzgün riayət edilməsinin vacibliyini insanların diqqətinə çatdırırlar.

Görülən işlərin daha geniş çərçivədə təsir qüvvəsini artırmaq məqsədilə, növbəti maraqlı addım atılıb.

Belə ki, könüllülərin ərazidə olmadığı müddətdə vətəndaşlara pandemiya dövründə əsas davranış qaydalarını xatırladacaq xüsusi maskotlar ölkə ərazisində sərt karantin rejimi tədbiq edilmiş rayon və şəhərlərdə ictimai məkanların qarşısında yerləşdiriləcək.

“Məsafə saxla və sağlamlığının qeydinə qal!”, “Bir-birimizi qoruyaq!”, “Maskadan istifadə et, özünü qoru!” şüarları yazılmış maskotlar yerləşdirildikləri ərazidə sakinlərə pandemiyanın xüsusi qaydalarına əməl etməklə bağlı daim xatırlatma etməklə, virusun yayılmasının qarşısını almağa töhvə vermiş olacaqlar.

Azvision.az

Teqlər: