Şəhid generalın adı hansı küçəyə verilib? - RƏSMİ

Şəhid generalın adı hansı küçəyə verilib? -  RƏSMİ
  06 Avqust 2020    Oxunub:4945
Qəbələdə şəhid general-mayor Polad Həşimovun ikinci ən böyük küçəyə adının verilməsi bir sıra KİV-lərdə yanlışlıqla işıqlandırılıb.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov bildirib.

“Bir sıra KİV-lər məlumat yayıb ki, küçənin əvvəlki adı Həzi Aslanov olub. Bu səhv məlumatdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küçəsinin bir hissəsinə verilib. Səhvə yol verən KİV-lərdən məlumatı düzəltməyi xahiş edirəm”, -deyə qurum rəsmisi qeyd edib.

Azvision.az


Teqlər: Əmlak   Polad-Həşimov  





Xəbər lenti