Nazirlikdən təklif: Bu şəxslərin pensiyaları hər il artsın!

  06 Avqust 2020    Oxunub : 3173
      Nazirlikdən təklif:    Bu şəxslərin pensiyaları hər il artsın!
"Ölkədə əmək pensiyaları haqqında qanun inkişaf edir. Burada hər zaman sığorta prinsipinin genişləndirilməsi əsas götürülür. Bizim qanunvericiliyə dəyişikliklərlə bağlı yeni təkliflərimiz var".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Nazir müavini bildirib ki, hərbi qurumlarda çalışan şəxslərin pensiyalarının məbləği həmin şəxslərin əmək haqqına artım həyata keçirildikdə artırıb.

"Ümumi əsasla pensiyaların məbləği ölkə Prezidenti tərəfindən indeksasiya əmsalı tətbiq olunmaqla həyata keçirilir. Yəni burada heç bir halda hərbi qulluqçuların pensiyalarının azalmasından söhbət gedə bilməz. Əksinə, bizim təklifimizin mahiyyəti ondan ibarətdir ki, bu şəxslərin pensiyalarının məbləği əmək haqları artandan-artana deyil, hər il indeksasiya aparılmaqla artırılsın. Qeyd etdiyim kimi, bu, hələ təklifdir. Eyni zamanda, biz bu məsələləri Milli Məclislə də müzakirə etməyə hazırıq”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Pensiya