“Bu məlumatlar tam məxfidir” - Parlamentdə müzakirə

   “Bu məlumatlar tam məxfidir” -    Parlamentdə müzakirə
  06 Avqust 2020    Oxunub:2886
Hüquq-mühafizə orqanlarında və güc strukturlarında hərbi rütbə daşıyan şəxslərlə bağlı məlumatların yerləşdirilməsi “Dövlət sirri haqqında” və “Əməliyyat-axtarış tədbirləri haqqında” qanuna müvafiq olmalıdır.
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən növbədənkənar iclasında “Məşğulluq haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli deyib.

Vitse-spiker bildirib ki, belə bir müddəa 4-cü maddədə işçi qaydasında təklif olunmuşdu: “Bəlkə bunun başqa formasını tapmısınız? Bununla bağlı məsələyə aydınlıq gətirərdiniz".

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, hansı hissədə məlumatlar tam məxfidirsə, bu məlumatlar tam məxfi şəkildə gəlir:

“Qanunun hazırki mətninin 4.4.7-ci bəndinə əsasən, xüsusi rütbəli qurumların əməkdaşları ilə bağlı kağız daşıyıcılarla nazirliyə məlumatlar verilməlidir. Bu xüsusi adamların müəyyən olunmasını tələb edir. Bu məlumatlar dövri olaraq dəyişir. Bunun kağız üzərindən həyata keçirilməsi mümkün görünmür. Qanunda ona görə də “Dövlət sirri haqqında" qanuna və digər qanunlara istinad verilib. Həmin xüsusi rütbəli qurumlar öz işçiləri ilə bağlı məlumatları tam elektron şəkildə göndərirlər. Bütün tələblər qorunur. Bütün məlumatlar təhlükəsizlik qaydalarına uyğun olaraq elektron kanallar üzərindən həyata keçirilir. Eyni qaydanı yeni təklif etdiyimiz müddəalarda da nəzərə alırıq. Həmin məlumatlarda "Dövlət sirri haqqında" qanunun tələblərinin qorunması nazirlik tərəfindən təmin olunur”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti