Reanimasiyada olan xəstələrin sayı açıqlandı - STATİSTİKA

  06 Avqust 2020    Oxunub : 2390
  Reanimasiyada olan xəstələrin sayı açıqlandı -    STATİSTİKA
Azərbaycanda koronavirusla bağlı 6 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 7050 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 766 min 179-a çatıb.

Reanimasiyada olan xəstə sayı 263, süni tənəffüs cihazında olan xəstə sayı 58 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 33 min 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 29 min 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib. Aktiv xəstə sayı 3493 nəfərdir.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus