Ölkə üzrə məşğulluq xəritəsi hazırlanır

Ölkə üzrə məşğulluq xəritəsi hazırlanır
  07 Avqust 2020    Oxunub:2673
Ölkə üzrə məşğulluq xəritəsinin hazırlanması üzərində iş gedir. Bununla şəhər və rayonlarda mövcud əmək qüvvəsi, muzdla işləyənlər, fərdi sahibkarlar, işsizlər, qeyri-formal işsizlər və digərləri ölkə üzrə xəritələşdiriləcək.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, xəritə ilə hər bir regionun əmək qüvvəsinə ehtiyacı və gələcək səmərəli istifadəsi üçün imkanlar yaradılacaq.

“Buna paralel olaraq məşğulluq reyestri yaradılır. Burada əhalinin bütün əmək qüvvəsinin düzgün analizi aparılacaq və bu da imkan verəcək ki, hökumət tərəfindən iqtisadi, sosial islahatlar daha səmərəli təşkil oluna bilsin”.

Nazir bildirib ki, əmək münasibətlərinin platforması üzərində iş gedir və yaxın dövrdə istifadəyə veriləcək: “Bu, bütün işəgötürənlər üçün faktiki onların kadrlar şöbəsinin fəaliyyətini əvəz edəcək elektron platformaya çeviriləcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN   Nazir  





Xəbər lenti