“Heç sovet hökuməti bunu edə bilməmişdi” - Siyavuş Novruzov

“Heç sovet hökuməti bunu edə bilməmişdi” -    Siyavuş Novruzov
  07 Avqust 2020    Oxunub:2454
İşsizliyin aradan qaldırılması üçün dövlət tərəfindən kifayət qədər addımlar atılıb.
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən sonuncu növbədənkənar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, biz keçmişi yaddan çıxarmalı deyilik: "Bir zamanlar, yol, işıq, qaz və s. anlayış yox idi. Bu gün Azərbaycan 95 faiz qazlaşdırılıb. Heç sovet hökuməti bunu edə bilməmişdi. Biz bu gün azad, demokratik və inkişaf etmiş ölkədə yaşayırıq. Təbii ki, nöqsanlar var, onlar da aradan qaldırılmalıdır".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti