Bu il 2 yeni DOST mərkəzi açılacaq

  Bu il 2 yeni DOST mərkəzi açılacaq
  07 Avqust 2020    Oxunub:2353
“DOST” Mərkəziləri üzrə işlər davam etdirilir. İlin sonuna qədər Binəqədi və Abşeron rayonlarında belə mərkəzlər istifadəyə veriləcək.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, Quba Xaçmaz, Sabirabad, Şəki rayonlarında “DOST” Mərkəzlərinin və peşə hazırlıq mərkəzlərinin növbəti il ərzində yekunlaşdırılması planlaşdırılır.

“Ölkə üzrə bütün istiqamətlərdə “DOST” Mərkəzləri yaradılacaq. Bu günə qədər 140 mindən çox şəxs xidmətlərdən istifadə edib və vətəndaşların məmnunuluq səviyyəsi 96 faizdir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti