İctimai nəqliyyat iki gün işləməyəcək

 İctimai nəqliyyat iki gün işləməyəcək
  08 Avqust 2020    Oxunub:3494
Azərbaycanda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilir.
Azvision.az xəbər verir ki, 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək.

Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Bundan əlavə, Bakı metrosunun fəaliyyəti avqustun 31-dək dayandırılıb.

Azvision.az


Teqlər: Nəqliyyat   Avtobus   Metro  





Xəbər lenti