Məktəblərin açılması ilə bağlı xüsusi brifinq keçiriləcək

  08 Avqust 2020    Oxunub : 9166
 Məktəblərin açılması ilə bağlı xüsusi brifinq keçiriləcək
Tədrisin bərpası üzərində bir neçə vaxtdır ki, iş gedir və dünya təcrübəsi öyrənilir.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, vəziyyət dinamik olduğu üçün qərarların verilməsi çətindir:

“Bütün çətinliklər nəzərə alınaraq gərgin iş gedir. Növbəti dəfə tədris məsələlərinə dair xüsusi brifinq keçiriləcək və suallar cavablandırılacaq”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Brifinq   Tədris   Təhsil