Toylarla bağlı daha bir açıqlama

  08 Avqust 2020    Oxunub : 9209
  Toylarla bağlı daha bir açıqlama
Dövlət mütəmadi olaraq sahibkarlarla görüşür və onların təkliflərini dinləyir. İqtisadiyyat Nazirliyində dünən görüş keçirilib.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, hazırda biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində iş aparılır.

“İlkin olaraq insanların az toplaşdığı yerlərin açılması planlaşdırılır. Toyda çoxlu sayda insan qapalı məkana toplanır. Bununla bağlı qərar birinci, ikinci mərhələdə olmasa da sonrakı mərhələdə ola bilər. Sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərarlar veriləcək”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Qərargah   Brifinq   Toy