“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu

 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu
  09 Avqust 2020    Oxunub:8207
Futbol üzrə Çempionlar Liqasının 2020/2021 mövsümünün birinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Azvision.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma nəticəsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi məlum olub.
Ağdam klubu ilkin mərhələdə Şimali Makedoniyanın “Sileks” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, birinci təsnifat mərhələsinin oyunları avqustun 18-19-da keçiriləcək.

Azvision.az


Teqlər: Qarabağ   Klub   Futbol  





Xəbər lenti