Azərbaycan-Türkiyə birgə təlimləri yekunlaşır

  10 Avqust 2020    Oxunub : 2090
 Azərbaycan-Türkiyə birgə təlimləri yekunlaşır
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.
Azvision.az xəbər verir ki, birgə təlimlər bu gün yekunlaşır.

Təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, KürdəmirYevlax şəhərlərində keçirilir.

Azvision.az

Teqlər: Təlim   Azərbaycan   Türkiyə