Miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edildi

Miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edildi
  11 Avqust 2020    Oxunub:4189
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Azvision.az xəbər verir ki, icra sənədlərinə əsasən, mülki hüquqi öhdəliyin və inzibati tənbehin olması barədə məlumatlar "Elektron icra” informasiya sistemi tərəfindən təmin olunacaq.

Eyni zamanda, “Elektron icra” informasiya sisteminə təqdim olunan məlumatlar müəyyənləşib. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər; Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış, habelə müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış şəxslər; əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar sistem tərəfindən “Elektron icra” informasiya sisteminə təqdim olunacaq.

Azvision.az


Teqlər: Fərman   Miqrasiya  





Xəbər lenti