Domen adlarının milli inzibatçısı müəyyənləşdi

   Domen adlarının milli inzibatçısı müəyyənləşdi
  11 Avqust 2020    Oxunub:3389
Prezident İlham Əliyev "Telekommunikasiya haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, qanuna 2 yeni maddə əlavə olunub.

1.0.20 maddəsinə əsasən, domen adlarının milli inzibatçısı - “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir.

7.10-1 maddəsinə əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarını qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmaqla, domen adının milli inzibatçısı tərəfindən müəyyən ediləcək.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti