Dövlət Komitəsi köçkün ailəsini nəzarətə götürdü
Ailədəki vəziyyətin daha dərindən qiymətləndirilməsi üçün Dövlət Komitəsinin əməkdaşları 11 avqust 2020-ci il tarixində ikinci dəfə ailə başçısı ilə telefon əlaqəsi yaradıblar.
Rəhman Cəfərov sosial şəbəkələrdə geniş yayılmış müraciətində qeyd etdiyi kimi ailəsinin bütünlükə infeksiyaya yoluxduğunu, bir qisminin hazırda müvafiq xəstəxanalarda müalicə olunduğunu, özünün isə karantində olması səbəbindən işləmədiyini və maddi vəziyyətlərinin ağırlaşdığını diqqətə çatdırıb.
Məlumat üçün bildiririk ki, hazırda ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiya dövründə həssas təbəqədən olan ailələrə dəstək məqsədilə həyata keçirilən sosial layihələr ümumilikdə 5 milyon əhalini əhatə etməkdədir:
"Dövlət Komitəsi də öz səlahiyyətləri çərçivəsində, eyni zamanda qeyri-hökumət təşkilatları, könüllü ailələri bu prosesə cəlb etməklə həssas təbəqdən olan ailələrə dəstək göstərilməsini daim diqqətdə saxlamaqla yanaşı, ehtiyaclarının ödənilməsi üçün müvafiq qurumlara yönləndirilməsi işini davam etdirir.
Bu gün də Komitənin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən ailəyə növbəti yardım göstərilmişdir və bildiririk ki, Dövlət Komitəsi Rəhman Cəfərovun ailəsində vəziyyətin normallaşması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlərin görülməsini nəzarətdə saxlayacaqdır".
Azvision.az
Teqlər: Komitə