Kafe və restoranlarla bağlı qərara dəyişiklik edildi

   Kafe və restoranlarla bağlı qərara dəyişiklik edildi
  11 Avqust 2020    Oxunub:4344
Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına dəyişiklik edib.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, “qida qəbulu” sözlərinin əvvəlinə “ictimai iaşə müəssisələrinin” sözləri və “zallarında” sözündən sonra “otaqlarında, habelə onların açıq hava sahələrində” sözləri əlavə edilib.

Həmin qərarla təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları”nın “Qida qəbulu zalları” sütununa “zalları” sözündən sonra “otaqlar, habelə açıq hava sahələri” sözləri əlavə olunub.

Qeyd edək ki, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır.

Azvision.az


Teqlər: Kafe   Restoran   Qərar  





Xəbər lenti