Koronavirusa yoluxanların sayı 216 mindən çox artıb

   Koronavirusa yoluxanların sayı 216 mindən çox artıb
  12 Avqust 2020    Oxunub:4820
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.
Azvision.az xəbər verir ki, hesabata əsasən, ötən sutka ərzində 216 033 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 4268 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, indiyədək ən çox yoluxma, eləcə də ölüm halları Cənubi və Şimali Amerikada aşkarlanıb. İkinci yerdə Avropa regionu gəlir.

Son məlumatlara görə, dünya ölkələri üzrə virusa yoluxma sayı 20 milyon 319 min 63, pandemiya qurbanlarının sayı isə 740 min 352 nəfərə çatıb.

Azvision.az


Teqlər:





Xəbər lenti