Türkiyənin hərbi rəhbərliyi Bakıdadır - FOTOLAR

  Türkiyənin hərbi rəhbərliyi Bakıdadır -  FOTOLAR
  13 Avqust 2020    Oxunub:6637
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlib.
Azvision.az xəbər verir ki, Türkiyə nümayəndə heyətini Bakıda Azərbaycanın Müdafiə naziri Zakir Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.















Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti