Koronavirusa yoluxanların sayı 21 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 21 milyonu keçdi
  14 Avqust 2020    Oxunub:5638
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 21 milyon nəfəri ötüb.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 21 milyon 71 min 499, pandemiya qurbanlarının sayı isə 757 min 457 nəfərə çatıb.

İndiyədək 13 milyon 923 min 173 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti