Azərbaycan Rusiyadan peyvənd almağa təsəlmir

Azərbaycan Rusiyadan peyvənd almağa təsəlmir
  15 Avqust 2020    Oxunub:5391
"Hər bir vaksin əvvəlcə üç mərhələli yoxlamadan keçməlidir. Vaksin beynəlxalq səviyyədə yoxlanışdan keçmədiyindən bu gün həmin ölkə ilə heç bir danışıq getmir".
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, məlumatlar ümidverici olsa da, hələlik konkret bir söz demək tezdir: "Həmin vaksinin yoxlanılması və immunitetin güclənməsi üçün hansı təsiri olub-olmaması dəqiqləşdikdən sonra nəsə addım atmaq barədə düşünmək olar".

Qeyd edək ki, söhbət Rusiyada hazırlanan koronavirus əleyhinə peyvənddən gedir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti