İri ticarət mərkəzlərinin açılması gündəmdədir

 İri ticarət mərkəzlərinin açılması gündəmdədir
  15 Avqust 2020    Oxunub:4949
“Hal-hazırda iri ticarət mərkəzlərinin açılması ilə bağlı yekun qərar yoxdur”.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Rayonlara gediş-gəlişin və iri ticarət mərkəzlərinin açılması gündəlikdə duran məsələlərdən biridir. Vətəndaşların ictimai fəallıq və qaydalara nəzarət etməsindən asılı olaraq növbəti vaxtlarda bununla bağlı qərar qəbul ediləcək”, -deyə Hikmət Hacıyev bildirib.

Azvision.az


Teqlər: Ticarət-Mərkəzləri   Hikmət-Hacıyev  





Xəbər lenti