Prezidentin köməkçisi polisin fəaliyyətindən danışdı

 Prezidentin köməkçisi polisin fəaliyyətindən danışdı
  15 Avqust 2020    Oxunub:3206
Koronavirus pandemiyası başlayandan bu günə qədər ön sırada xidmət aparan qurumlardan biri də Daxili İşlər Nazirliyidir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, polis əməkdaşları həyatlarını və sağlamlıqlarını risk altında qoyaraq, xidməti vəzifələrini böyük məsuliyyətlə fasiləsiz həyata keçirirlər.

"Daxili işlər orqanlarının üzərinə düşən məsuliyyət və vəzifələr çərçivəsində müəyyən yoxlamalar aparılır. İctimai iaşə müəssisələrində də sui-istifadə hallarına yol verilməməsi üçün polis orqanları müəyyən olunmuş hüquq qaydaları çərçivəsində yoxlamalar həyata keçirəcəklər. Yoxlamalar zamanı sui-istifadə halları aşkarlanacağı təqdirdə qanunvericilik çərçivəsində lazımı tədbirlər görüləcək".

Azvision.az


Teqlər:





Xəbər lenti